Babək rayonunda sahibkarlar üçün dəstək mexanizmləri təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 18-də Babək rayonunda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri və rayon sahibkarları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov görüş iştirakçılarını salamlayaraq, rayonda ötən il əldə edilən sosial-iqtisadi inkişaf göstəriciləri, sahibkarlığın inkişafı istiqamətində görülən işlər, yaradılan əlverişli biznes mühiti və dövlət dəstəyinin əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxışında bildirib ki, muxtar respublikada müxtəlif sahələr üzrə müşahidə olunan inkişaf meyillərinin davamlılığı sahibkarlıq subyektlərinin fəallığından birbaşa asılıdır.

Nazir sahibkarları regionun mövcud iqtisadi potensialından və dövlət tərəfindən təqdim edilən dəstək mexanizmlərindən səmərəli istifadə etməyə, yeni investisiya təşəbbüsləri ilə çıxış etməyə və fəaliyyətlərini genişləndirməyə çağırıb. Vurğulanıb ki, qarşıdakı əsas məqsəd sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsidir və bu hədəfə dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi ilə nail olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının üzvü, iş adamı Rafiq Əliyev çıxışında sahibkarlıq fəaliyyətindən bəhs edib, dövlət tərəfindən yaradılan imkanlardan faydalandığını və dövlətin iş adamları üçün yaratdığı imkanlara görə minnətdarlığını ifadə edib.

Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən sahibkarlar üçün dəstək mexanizmləri, güzəştli kreditlərin verilməsi qaydaları, eləcə də yeni vergi və sosial sığorta güzəştləri barədə təqdimatlar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: