İqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə vətəndaşları qəbul edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 19-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciəti əsasən ictimai iaşə və ticarət obyektlərinin tikintisi, heyvandarlıq və ailə təsərrüfatlarının genişləndirilməsi məqsədilə güzəştli maliyyə dəstəyinin ayrılması və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydaları barədə izahlar verilib, Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: