Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 41,1 milyon manat olub.
NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 % çoxdur.
Xatırladaq ki, ötən ay Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub.
Bu, 1 il əvvələ nisbətən 13,3 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 110 694 ədəd yeni nəsil NKA quraşdırılıb.
