İndiyə qədər Yevlax Pilot Aqroparkına 59,4 milyon manat investisiya yatırılıb.
NUHÇIXAN xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ümumi ərazisi 2 807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır.
"Aqroparkda rezident kimi qeydə alınmış 35 sahibkarlıq subyekti 185 daimi və 593 mövsümi iş yeri yaradıb. Bura intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması üçün nəzərdə tutulub", - deyə sədr əlavə edib.
