Çexiyada Mərkəzi Asiya və Azərbaycana ixrac məsələlərinə dair konfrans keçiriləcək

A- A A+

Martın 3-də Çexiyada Mərkəzi Asiya və Azərbaycana ixrac məsələlərinə həsr olunmuş konfrans keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çexiyanın İxraca Dəstək üzrə Dövlət Agentliyi ("CzechTrade") məlumat yayıb.

Qeyd olunub ki, konfransda Çexiya məhsullarının Azərbaycan, Qazaxıstan və Özbəkistana ixracı məsələsi müzakirə olunacaq.

Agentlikdən bildirilib ki, bu regionlar artan iqtisadi potensiala malikdir.

"Özbəkistan dinamik daxili bazara və müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açan davamlı islahatlara malik, Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Qazaxıstan regionun ən böyük iqtisadiyyatıdır və bazarın miqyası, modernləşdirməyə yatırılan investisiyalar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi üzrə səylər sayəsində xarici şirkətlər üçün geniş imkanlar təklif edir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında regional ticarət-logistika qovşağı rolunu gücləndirir və enerji sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrini və infrastrukturu inkişaf etdirir", - məlumatda qeyd olunub.

Agentlikdən vurğulanıb ki, konfransda həmçinin region bazarlarında fəaliyyətlə bağlı praktiki təcrübə, "CzechTrade" agentliyinin xidmətlər portfeli təqdim olunacaq və B2B görüşləri üçün imkan yaradılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: