Azərbaycan Efiopiya ilə süni intellekt üzrə birgə təşəbbüslərin inkişafını müzakirə edib

A- A A+

Azərbaycan və Efiopiya arasında süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin inkişafı məsələləri müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Müzakirələr R.Nəbiyev ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında keçirilən görüşdə aparılıb.

"Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə birlikdə "AI Academy"ni ziyarət etdik. Qonaqlara Akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlim modulları barədə məlumat verdik", - nazir qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: