Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

A- A A+

2026-cı ilin yanvar ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (33 milyon dollar) birinci olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz çoxdur.

NUHÇIXAN İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3 milyon dollar) ikinci, xurma (təzə) (22,3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar ayında Rusiya Federasiyasına 77 milyon dollar (5 faiz azalma), İsveçrəyə 38,6 milyon dollar (74 faiz artım), Gürcüstana 31,6 milyon dollar (19,2 faiz artım), Türkiyəyə 31,5 milyon dollar (15,1 faiz azalma), Ukraynaya isə 15,2 milyon dollar (30,3 faiz azalma) dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: