Naxçıvanda vergi daxilolmaları 4 % artıb

A- A A+

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 34,8 milyon manat vergi daxil olub.

NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.

Ötən 2 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 25,5 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 16,9 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 3,7 % artaraq 676,8 min manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: