Bu il qlobal neft tədarükünün gündəlik 107,2 milyon bareli ötəcəyi gözlənilir

A- A A+

Fevral ayında qlobal neft tədarükü yanvarla müqayisədə orta hesabla 380 min barel artaraq gündəlik 106 milyon 870 min barelə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, hesabat ayında OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı isə təxminən 10 min barel artaraq sutkada 71 milyon 500 min barel olub.

IEA cari ildə qlobal neft tədarükünün orta hesabla 1 milyon 110 min barel artaraq gündəlik 107 milyon 230 min barelə çatacağını proqnozlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: