Ötən il əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54 faizi nağdsız formada icra olunub

A- A A+

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsində 2025-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin yüksəldilməsi, habelə əhalinin nağdsız ödəniş vərdişlərinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib və ölkəmiqyaslı layihələr reallaşdırılıb.

AMB-dən NUHÇIXAN-a bildirilib ki, ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması və fintexlərin ödəniş bazarına cəlb edilməsi çərçivəsində ötən il ərzində 3 elektron pul təşkilatı, 2 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank tərəfindən müvafiq lisenziyalar verilib. 2025-ci ilin sonuna ödəniş bazarında 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərir. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26 faiz yüksələrək 99,1 milyard manat olub. Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3,4 faiz bəndi artaraq 67,6 faiz olub. 2025-ci il ərzində POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində artım müşahidə olunur. Belə ki, 2025-ci ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54,2 faizi nağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 9 faiz bəndi artaraq 20 faizə bərabər olub.

2025-ci il ərzində bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin sayı 59,7 milyon әdәd, hәcmi isә 889,3 milyard manat tәşkil edib. Aparılan köçürmәlәrin say üzrә 94,4 faizi, hәcm üzrә isә 82,5 faizi mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2025-ci il әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi 2024-cü illә müqayisәdә 12,4 faiz artaraq 308,9 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi isə 14,3 faiz artaraq 73 milyard manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: