Naxçıvanda istehlakçılara 4,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində muxtar respublika üzrə istehlakçılara 314,6 min manata yaxın ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz çoxdur. 

Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,4 milyon manatdan çox olub.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 mart 2026-cı il tarixə muxtar respublikada qeydiyyatda olan onlayn nəzarət-kassa aparatlarının sayı 3.302 ədəd olub. Yeni nəsil nəzarət–kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83,6 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 milyon manat və ya 29,4 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: