Maliyyəçi-ekspert: “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyətini gücləndirməlidir” - VİDEO

A- A A+

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyətini gücləndirməlidir ki, Orta Dəhlizin Rusiya-Ukrayna münaqişəsi fonunda artan əhəmiyyəti daimi olsun. 

NUHÇIXAN xəbər verir ki, bunu “CBC FM Azerbaijan”ın “Qarabağ Gündəm” verilişinin efirində maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

“Nəzərə almaq lazımdır ki, Çindən Avropaya daşınan yüklərin Rusiya ərazisindən – Şimal dəhlizi ilə keçməsinə 14-18 gün vaxt sərf olunur. Yüklər Azərbaycan ərazisindən – Orta Dəhlizlə keçdikdə isə 18-22 gün lazım olur. Bu müddətin azalmasına çalışmalıyıq, yük sahiblərinə daha optimal tariflər təqdim etməliyik ki, onları gələcəkdə itirməyək, həmişə Azərbaycanın, o cümlədən Qarabağın (Zəngəzur dəhlizi) tranzit potensialından istifadə etsinlər”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: