Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.
Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
