Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard 187,9 milyon kubmetr təbii qaz hasil edilib.
NUHÇIXAN-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 6 milyard 496,8 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 2,3 %, əmtəəlik qaz hasilatı isə 3 % artıb.
Ötən iki ayda Azərbaycanda 4 milyon 343,2 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 4 milyon 331,9 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə olaraq 3 % azdır.
