Ölkədə ümumi inşaat işlərinin 88 faizini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirib
Cari ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 77,2 faizini inşa, yenidənqurma və bərpa, 9,2 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,5 faizini isə sair tikinti işləri təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ümumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirib.
