2026-cı il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 385,7 min nəfər olub, onlardan 5 milyon 105,9 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər, o cümlədən dövlət sektorunda 861,4 min nəfər, qeyri-dövlət sektorunda isə 920,6 min nəfər olub.
İqtisadiyyatın neft-qaz sektorunda 30,6 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 751,4 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
2026-cı ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147,1 saat təşkil edib.
