Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

A- A A+

2026-cı ilin yanvar-fevral aylarında qızıl istehsalı 15 faiz azalaraq 406,6 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq 140 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 12,3 faiz azalaraq 681,4 kiloqram təşkil edib.

Martın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq 522,7 kiloqram qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: