Aviaşirkətlər biletlərin qiymətini artırıb

A- A A+

Dünya bazarında neftin və aviasiya kerosininin qiymətinin artması ilə əlaqədar sərnişin aviaşirkətləri biletlərin qiymətini artırıblar.

NUHÇIXAN xəbər verir ki, “American Airlines”, “Qatar Airways” “Turkish Airlines”, “Lufthansa”, “SAS Scandinavian”, “Hawaiian Airlines”, “Eurowings” və digər şirkətlər biletin qiymətini iki dəfə artırıblar.

“American Airlines” bəyan edib ki, təkcə mart ayının birinci yarısında şirkət 400 milyon zərərə düşüb ki, bunun da əsas səbəbi yanacağın qiymətinin artması ilə bağlıdır.

“SAS Scandinavian” şirkəti isə bir sıra istiqamətə uçan reysləri müvəqqəti olaraq dayandırıb.

“Reuters” agentliyinin məlumatına görə, Körfəzdəki müharibə və bunun nəticəsi kimi Hörmüz boğazının bağlanmasından əvvəl bareli 90 dollara satılan aviasiya kerosini bu gün 200 dollara satılır ki, bu da aviasiya şirkətlərinin ziyanla işləməsinə, reysləri təxirə salmasına gətirib çıxarıb.

Oxşar mənzərə Asiyanın aviasiya məkanında da müşahidə edilir. “Philippine Airlines”, “Hong Kong Airlines”, “China Airlines” və başqaları da sərnişin və yükdaşımaların qiymətini artırmaq məcburiyyətində qalıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: