"Bitcoin"in qiyməti bahalaşıb

A- A A+

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.

NUHÇIXAN xəbər verir ki, Bitcoin son 24 saatda 0,08% bahalaşaraq 67 552,35 dollar, Ethereum isə 0,47% artaraq 2 059,04 dollar səviyyəsinə yüksəlib.

Bazarın digər əsas aktivlərində isə əsasən mənfi dinamika üstünlük təşkil edib. Belə ki, BNB 0,75% azalaraq 612,28 dollar, XRP 2,62% ucuzlaşaraq 1,31 dollar, Solana 0,19% azalaraq 83,52 dollar, Dogecoin isə 2,17% ucuzlaşaraq 0,09123 dollar təşkil edib.

Eyni zamanda bəzi aktivlərdə müsbət dinamika qeydə alınıb. TRON 0,70% artaraq 0,3206 dollar, Bitcoin Cash isə 3,05% bahalaşaraq 469,36 dollar səviyyəsində qərarlaşıb.

Kriptovalyuta bazarında müşahidə olunan bu qarışıq dinamika əsasən investorların qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik fonunda ehtiyatlı mövqe tutması, bəzi aktivlər üzrə mənfəət realizasiyasının artması və riskli aktivlərə marağın selektiv şəkildə dəyişməsi ilə əlaqələndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: