2026-cı ilin yanvar-fevral aylarında ölkədən 3 382,93 ton pambıq iplik ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ixrac edilən pambıq ipliyin dəyəri 2,6 dəfə artaraq 7 milyon 319,51 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan 2 milyon 830,35 min dollar dəyərində yəni, 1 119,48 ton pambıq iplik ixrac edilib.
