2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda mis konsentratı istehsalı 2111,1 ton və ya 6,9 dəfə artaraq 2467,4 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 2147,7 ton və ya 10,2 dəfə artaraq 2382,2 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə mis konsentratı istehsalı 356,3 ton, hazır məhsul ehtiyatı isə 234,5 ton təşkil edib.
