Azərbaycanın Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçilib

A- A A+

Belarusun paytaxtı Minskdə keçirilən “TIBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli Pavilyon “Ən yaxşı stend” kimi təltif edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, pavilyonda nazirliyin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkı, eləcə də “Azercell” və “Delta Telekom” şirkətləri İKT sahəsinə dair xidmət və məhsullarını təqdim edirlər. Ölkəmiz 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla təmsil olunur.

"TIBO" Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: