2026-cı ilin yanvar-fevral aylarında “AzerGold” QSC 30,9 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,7 faiz çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar- fevral aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 21,8 milyon dollar olub.
