Cari ilin yanvar-fevral aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60,7 milyon dollar) birinci olub.
NUHÇIXAN İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına istinadla bildirir ki, bu siyahıda meşə fındığı (57,4 milyon dollar) ikinci, mis filizləri (44,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında meşə fındığı (28,1 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (27,6 milyon dollar) ikinci, mis filizləri (24,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-fevral aylarında Rusiyaya 149,1 milyon dollar, Türkiyəyə 83,4 milyon dollar, Gürcüstana 77,2 milyon dollar, İsveçrəyə 67,7 milyon dollar, Ukraynaya isə 29 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
