Azərbaycanın şəkər ixracından gəlirləri 4 dəfədən çox artıb

A- A A+

2026-cı ilin yanvar-fevral aylarında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 13,5 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 milyon dollar və ya 4,4 dəfə çoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin ixrac gəlirləri 3,1 milyon dollar olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: