Azərbaycanda 3 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 8 milyon manatdan çox ƏDV geri qaytarılıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 8 milyon 428,1 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
NUHÇIXAN bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.
