Naxçıvanda ümumi daxili məhsul istehsalı 3,7 faiz artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-fevral aylarında 352 milyon 560 min 600 manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 3,7 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun 51,8 faizi və ya 182 milyon 610 min manatı məhsul istehsalından, 45,4 faizi və ya 160 milyon 237 min 900 manatı göstərilən xidmətlərin dəyərindən, 2,8 faizi və ya 9 milyon 712 min 700 manatı isə məhsula və idxala xalis vergilərdən yaranıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: