Yoxlamalar zamanı uyğunluq elementləri üzrə 584,8 mln. manat pozuntu üzə çıxarılıb

A- A A+

Keçən il yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə aşkarlanan pozuntunun həcmi məlum olub.

NUHÇIXAN xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat”-da əksini tapıb.

Qeyd edilib ki, yoxlamalara Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi və qeyri-büdcə vəsaitləri də daxil edilib. Yoxlama tədbirlərində gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib. Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər 342,9 mln. manata bərabər olub.

Uyğunluq elementləri üzrə aşkarlanmış maliyyə pozuntularının 170,4 mln. manatını büdcəyə hesablanmış zərərdir. Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: