Ekspertlər neft qiymətlərinin 140-150 dollara yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər

A- A A+

Ekspertlər neft qiymətlərinin 140-150 dollar/barrel səviyyəsinə yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər.

NUHÇIXAN xəbər verir ki, qlobal enerji bazarı xam neft və neft məhsullarının nəqlinin 20 faizinin həyata keçirildiyi və mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti üçün isə əsas tranzit bölgəsi olan Hörmüz boğazında təchizatın dayanması ilə tarixin ən böyük böhranlarından birinə şahidlik edir. Rəsmi Vaşinqton və Tehran arasında danışıqlarda razılığa gəlinməməsi fonunda neft qiymətləri kəskin şəkildə artır. Hazırda “Brent” markalı xam neftin bir bareli 101 dollardan, “Light”ın bir bareli isə 104 dollardan baha satılır. “Light” neftinin qiyməti son 2 ilin ən yüksək səviyyəsindədir.

Analitiklər ABŞ-nin Hörmüz boğazını blokadaya almaq planının “irrasional” olduğunu və neft qiymətlərindəki artımın bazarın bu proseslərə reaksiyası fonunda baş verdiyini bildirirlər. Bu artımın aysberqin yalnız görünən hissəsi olduğunu deyən mütəxəssislər blokada əməliyyatını tam həyata keçiriləcəyi təqdirdə neftin bir barelinin qiymətinin 150 dollara çata biləcəyini vurğulayırlar.

Ekspertlər qeyd edirlər ki, İran limanlarına daxil olan və çıxan bütün gəmilərin qarşısını almağı hədəfləyən ABŞ-nin blokada planı regional münaqişəni qlobal iqtisadi müharibəyə çevirmək potensialına malikdir. Bildirilir ki, potensial blokada gündəlik 12 milyon barel həcmində tədarük itkisinə səbəb ola bilər. Bu prosesdən isə ən çox Asiya və Cənubi Sakit Okean kimi neftdən asılı bölgələr zərər çəkəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: