Paklistanda İran ilə ABŞ arasında aparılan danışıqlarda tərəflərin heç bir razılıq əldə etməyərək İslamabadı tərk etmələri dünya enerji bazarına təsirini göstərdi.
NUHÇIXAN xəbər verir ki, danışıqların nəticəsiz başa çatması barəsində xəbərlərdən sonra Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 6,54 dollar artaraq 101,74 dollar olub. Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 7,44 dollar artaraq 104,01 dollar təşkil edib. Ümumilikdə neftin qiyməti birdən-birə 10 faizə yaxın artıb.
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaq təklifi digər dövlətlər tərəfindən dəstəklənmədi. Boğazı bağlı saxlamaqla İran ilə yanaşı ABŞ də neft və qaz idxalçılarına təzyiq etmək istəyir. Digər tərəfdən ABŞ boğazı blokadaya almaqla İranı dünya bazarına neft çıxramaqdan məhrum etməyə çalışır.
ABŞ-nin baş prokuroru Todd Blanş isə bəyan edib ki, İrandan neft alan istənilən təşkilat, şirkət məhkəmə qaydasında təqib olunacaq.
“Energy Aspects” şirkətinin analitiki Amirata Sen “Financial Times”a bildirib ki, Hörmüz boğazı ABŞ-nin təklifi ilə blokadaya alınsa dünya bazarının çatışmayan sutkalıq 10 milyon barel neft həcmi artaraq 11,7 milyona yüksələcək. Analitik bildirib ki, real blokada olmasa belə neftin qiyməti artmağa davam edəcək və 110 dolları ötəcək.
Qeyd edək ki, İran Hörmüz boğazından icazəsiz keçən gəmiləri raket zərbəsi ilə vuracağını bildirib.
