Aprelin 1-nə respublika üzrə uçotda olan 1 milyon 696 min 283 vergiödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) NUHÇIXAN-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı 6,2 faiz artıb.
Aprelin 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 min 986 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur. Cari ilin mart ayında 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,2 faiz təşkil edib.
Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
