Ötən il təkrarsığorta haqları 12 faiz azalıb

A- A A+

Təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış təkrarsığorta haqlarının (TSH) sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır. 2025-ci il ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 12 faiz (19 milyon manat) azalaraq 135 milyon manat olub.

NUHÇIXAN Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi Hesabatı"na istinadla xəbər verir ki, ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8,4 faiz təşkil edib.

Ötürülən təkrarsığorta haqlarının 4,7 faizi (6,3 milyon manat) həyat sığorta sinifləri, 95,3 faizi isə (128,8 milyon manat) qeyrihəyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0,97 faizi, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 15,1 faizi təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: