Biznesin kreditlərinin 2,7 faizi qeyri-işlək statusundadır

A- A A+

Bu ilin əvvəlinə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit (QİK) portfeli 763 milyon manat təşkil edib.

NUHÇIXAN Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi Hesabatı"na istinadla xəbər verir ki, biznesin kreditlərinin cəmi 2,7 faizi qeyri-işlək statusundadır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-nin həcmi 14,4 faiz artaraq 429 milyon manat təşkil edib. QİK əmsalı isə bu seqment üzrə 0,2 faiz bəndi artaraq 2,7 faiz təşkil edib.

Dövr ərzində qeyri-işlək portfelin artımı əsasən ticarət sektoru üzrə müşahidə olunub. Təhlillər biznes portfelində QİK-in artımının fərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərir. Mümkün kredit risklərini tam qarşılaya bilmək üçün bank sektorunun yetəri qədər ehtiyatlanması mövcuddur. Bank sektorunda kreditlər üzrə mümkün zərərləin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatların məbləği 1,75 milyard manat təşkil edir ki, bu da qeyri-işlək portfelin həcmindən 230 faiz çoxdur. Xüsusilə də, istehlak kreditləri üzrə yaradılmış məqsədli ehtiyatlar 1,27 milyard manat olub ki, bu da istehlak kreditləri üzrə QİK məbləğindən təxminən 4 dəfə çoxdur. Qeyd edilən faktlar bank sektorunun ehtiyatlanma səviyyəsinin potensial risklərin absorbsiya edilməsinə imkan verdiyini deməyə əsas verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: