Bu ilin yanvar-mart ayında Naxçıvan Muxtar Respublikasında 1 134 müraciət üzrə 1 924 "Asan İmza" sertifikatı verilib.
Bu barədə NUHÇIXAN-a muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, vergi ödəyicilərinə 460 561 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 30 görüş keçirilib, 218 sayda ünvanlı xidmət göstərilib.
Yanvar ayında Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi ümumilikdə 11 135 şəxsi qəbul edib və onlara 15 767 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə çoxdur.
