2025-ci ildə ötən ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 1 faiz bəndi artaraq 86 faiz olub.
NUHÇIXAN Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi Hesabatı"na istinadla xəbər verir ki, bazar payı 21 faiz olan tibbi sığorta üzrə zərər əmsalı 4 faiz bəndi azalaraq 80 faiz, xərc əmsalı 3 faiz bəndi artaraq 25 faiz, yekun zərərlilik dərəcəsi isə 1 faiz bəndi azalaraq 105 faiz olub. Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir edib.
Belə ki, bazar payı 27 faiz olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 11 faiz bəndi artaraq 85 faiz, xərc əmsalı 2 faiz bəndi azalaraq 28 faiz, yekun zərərlilik dərəcəsi isə 10 faiz bəndi artaraq 113 faiz, bazar payı 11 faiz olan avtonəqliyyat vasitələrinin sığortası üzrə zərər əmsalı 4 faiz bəndi artaraq 52 faiz, xərc əmsalı 1 faiz bəndi azalaraq 34 faiz, yekun zərərlilik dərəcəsi isə 3 faiz bəndi artaraq 86 faiz olub.
