Xankəndi şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialının açılışı olub - VİDEO

A- A A+

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, “Xankəndi” Biznes Mərkəzində keçirilən açılış mərasimində çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Xankəndidə Qarabağ filialının açılmasını həm tarixi, həm də strateji hadisə adlandırıb. Bildirib ki, Qarabağ filialının fəaliyyət ərazisinə Xankəndi ilə yanaşı Şuşa şəhəri, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı və Laçın rayonları daxildir. Onun sözlərinə görə, Qarabağ da daxil olmaqla, Agentliyin fəaliyyət göstərən filiallarının sayı 11-ə çatıb.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, filialın Xankəndidə açılması bölgədə sabitliyin və inkişafın bərqərar olmasının göstəricisidir. Bu, həm bölgənin sakinləri, həm də burada fəaliyyət göstərən müəssisələr üçün əlçatan xidmət deməkdir.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: