Bakı–Tbilisi–Ceyhan kəməri daşınan neftin həcmi açıqlanıb

A- A A+

Yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 31,3 faiz azalaraq 6 milyon 206 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, nəqletmənin 76,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (5109,6 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (1096,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: