Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2026-cı il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq, milli valyuta ekvivalentində 32 milyard 2,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ümumi kredit portfelinin 26 milyard 230,3 milyon manatı və ya 82 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,1 faiz artaraq 562 milyon manat olub və ümumi kredit portfelinin 1,8 faizini təşkil edib.
