Qurumun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata əsasən Müslüm Əli oğlu Cabbarzadə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək bundan əvvəl Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.
