Cənub Şərqi Asiya ölkələri də Avropa ilə ticarət əlaqələrini Orta Dəhliz ilə həyata keçirməyə çalışırlar

A- A A+

Qazaxıstan ilə Çin arasında dəmir yolu vasitəsilə yükdaşımaları həcminin artımı müşahidə edilir.

NUHÇIXAN xəbər verir ki, Qazaxıstan dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində atdığı addımlar öz səmərəsini verir.

Bunun nəticəsidir ki, Qazaxıstan ilə Çin arasındakı dəmir yolu vasitəsi ilə yükdaşımanın həcmi 9,3 faiz artıb. Bununla yanaşı tranzit yükdaşımanın da həcmində artım müşahidə edilib. Belə ki, Çindən Qazaxıstana tranzit olaraq daşınan yüklərin həcmi 27 faiz artıb.

Qazaxıstan tranzit yükdaşımaya diqqəti artıraraq Çin ilə razılıq əsasında Sian regionunda böyük yük terminalı istifadəyə verib. Qazaxıstan Dəmir Yollarının inşa etdiyi bu terminal Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşınan yükləri yola salır. Bu terminal istismara verildikdən sonra Çinin TBNM ilə ixrac etdiyi yükün həcmi 27 faiz artıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz çoxdur.

Körfəzdə hərbi əməliyyatların başlaması ilə əlaqədar Çin Orta Dəhliz ilə Avropaya ixrac və idxal əməliyyatını artırıb. Hörmüz boğazı və Körfəzin, eləcə də Qırmızı dənizin hərbi baxımdan təhlükəli olması Çinin Orta Dəhlizə diqqətini artırıb. Çin ilə yanaşı Cənub Şərqi Asiya ölkələri də Avropa ilə ticarət əlaqələrini Orta Dəhliz ilə həyata keçirməyə çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: