Azərbaycan və Rusiya Hökumətlərarası Komissiya çərçivəsində tarif tənzimlənməsi parametrlərini müzakirə edib

A- A A+

Azərbaycan və Rusiya Hökumətlərarası Komissiya çərçivəsində tarif tənzimlənməsi parametrlərini müzakirə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

“Dünən keçirilən Hökumətlərarası Komissiyanın iclası çərçivəsində nəqliyyat-logistika sahəsində konkret razılaşmalar əldə olunub, əsas məqsədlər, onların icra müddətləri, eləcə də tarif tənzimlənməsi parametrləri müəyyən edilib. Həmçinin yükdaşıma həcmlərinin artırılması məsələləri müzakirə olunub, konkret tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib və yaxın zamanda praktiki nəticələrin əldə olunacağını gözləyirik”, – deyə Baş nazirin müavini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: