Muxtar respublikada əsas kapitala 56 milyon manatdan çox investisiya yönəldilib

A- A A+

Cari ilin yanvar-mart aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 56 milyon 178 min 500 manat investisiya yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu da bir il öncəki göstəricidən 29,2 faiz çoxdur.

İstifadə olunmuş investisiyanın 19 milyon 773 min 700 manatı və ya 35,2 faizi məhsul istehsalı sahələrinə, 7 milyon 790 min 900 manatı və ya 13,9 faizi xidmət sahələrinə, 28 milyon 613 min 900 manatı və ya 50,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala investisiya qoyuluşunun 49 milyon 856 min 500 manatı və ya 88,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65,4 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: