İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin Hörmüz boğazının açılması ilə bağlı açıqlamasından sonra neft qiymətləri 10 faizdən çox ucuzlaşıb.
NUHÇIXAN xəbər verir ki, “Brent” markalı xam neftin bir barelinin qiyməti 10,5 faiz ucuzlaşaraq 88,8 dollara, “Light” neftinin bir bareli isə 10,7 faiz ucuzlaşaraq 83,91 dollara enib.
Qeyd edək ki, İran rəsmisi atəşkəs müddəti ərzində Hörmüz boğazının tam açıq olacağını bildirib.
