2030-cu ildə qlobal miqyasda batareyaların saxlama tutumunun 2023-cu illə müqayisədə 14 dəfə artaraq 1200 giqavata çatacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarında deyilir.
Bildirilir ki, ötən il texnologiya şirkətlərinin məlumat mərkəzlərinə investisiyalarının həcmi ümumilikdə 400 milyard dolları keçib. Bu investisiyaların cari ildə 75 faiz artacağı proqnozlaşdırılır. Xüsusən də süni intellektə yönəlmiş məlumat mərkəzlərinin tutumu ilyarım ərzində 3 dəfədən çox artıb.
Vurğulanır ki, texnologiya sektorunda fəaliyyət göstərən təkcə 5 şirkətin ümumi kapital xərcləri qlobal neft-qaz hasilatına sərf olunan investisiyaların həcmini üstələyir.
