2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda kolbasa məmulatları istehsalı 1231,3 ton və ya 17,4 faiz artaraq 8326,3 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 24 ton və ya 2,2 dəfə azalaraq 20,7 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə kolbasa məmulatları istehsalı 7095 ton, hazır məhsul ehtiyatı isə 44,7 ton təşkil edib.
