2025-ci ildə 40 mindən çox istifadəçinin cihazında virus olduğu üçün onların "Birbank” tətbiqini bloklamışıq.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Kapital Bank"ın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev bankın ötən ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O, ötən il bank tərəfindən tətbiq edilən daha bir yeniliyi bölüşərək bildirib ki, 2025-ci ildə 40 mindən çox istifadəçinin cihazında "Birbank" tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb. Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb.
Ağarza Baxşiyev əlavə edib ki, “Birbank” mobil tətbiqinə qeydiyyat zamanı biometrik identifikasiya — yəni üztanıma texnologiyası "SİMA İmza" ilə inteqrasiya edilir: “Artıq bu həll məhdud istifadəçi qrupu üçün aktivdir. Yaxın zamanda bu funksionallıq daha geniş istifadəçi bazasına təqdim olunacaq. Bununla da müştərilərimiz ilk qeydiyyat zamanı şəxsiyyətlərini SİMA vasitəsilə təsdiqləyərək rəqəmsal imza yarada biləcəklər. Növbəti mərhələdə isə "SİMA İmza"nın istifadəsi genişləndirilərək, xüsusilə kredit müraciətləri kimi vacib məhsul və xidmətlərdə tətbiq olunacaq”.
