Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 31,7 faiz artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu il aprelin 1-nə muxtar respublikada qeydiyyatda olan onlayn NKA-ların sayı 3285 ədəd olub.

Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – mart aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 133,7 milyon olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,2 milyon manat və ya 31,7 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: