2026-cı ilin yanvar-mart aylarında ölkədən 204,12 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ixrac edilən çayın dəyəri 15,1 faiz artaraq 1 milyon 757,7 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında isə Azərbaycandan 1 milyon 527,7 min dollar dəyərində yəni, 172,64 ton çay ixrac edilib.
