2026-cı ilin 1 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon dolları və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edib.
NUHÇIXAN Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon dolları məbləğində azalıb.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,1 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 50,9 faizini təşkil edib. Xarici dövlət borcunun 59,2 faizi 5 ilə qədər olan müddətdə, 35,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2026-cı ilin 1 aprel tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon dolları məbləğində əsas borc, 71,9 milyon dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
