Dövlət zəmanətli borcun məbləği 6,7 milyard manatı ötüb

A- A A+

2026-cı ilin 1 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil edib.

NUHÇIXAN Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon dollar) və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.

Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” QSC tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2,000 milyon dollar məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olub.

1 aprel tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub: Dollar – 47 faiz, avro – 25,5 faiz, manat – 19,4 faiz, yapon yeni – 2,7 faiz, digər valyutalar – 5,4 faiz.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: